Azərbaycanda iş günü hesab edilməyən bayram günlərində işçilərin işə cəlb olunmasına yalnız qanunvericilikdə nəzərdə tutulmuş müstəsna hallarda yol verilir.
İqtisadçı-ekspert Allahverdi Aydın xatırladıb ki, bir sıra hallar istisna olmaqla iş günü hesab edilməyən bayram günlərində və ümumxalq hüzn günündə işçilərin işə cəlb olunması yolverilməzdir.
İş vaxtından artıq işlərə yol verilən müstəsna hallar
Belə ki, iş vaxtından artıq işlərə aşağıdakı müstəsna hallarda yol verilir:
Yuxarıda nəzərdə tutulmuş müstəsna hallar, habelə fasiləsiz istehsalatlar, ticarət, ictimai iaşə, rabitə, nəqliyyat və digər xidmət sahələri istisna olunmaqla istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günlərində və ümumxalq hüzn günündə işçilərin işə cəlb olunması yolverilməzdir.
İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqının ödənilməsi
Bu günlərdə görülən işə görə əməkhaqqı aşağıdakı kimi ödənilir:
İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləmiş işçinin arzusu ilə ona əməkhaqqı əvəzinə başqa istirahət günü verilə bilər.
Ekspert ayda 1 150 manat maaş alan şəxsə bu hallarda nə qədər əlavə ödəniş verilməsinə dair hesablama aparıb:
“Misal üçün deyək ki, Kamran adlı şəxs “ABC” MMC-də mühasib vəzifəsində çalışır və onun aylıq əmək haqqı 1 150 manat təşkil edir. Kamran beş günlük iş həftəsi üzrə işlədiyi üçün şənbə və bazar günləri onun üçün iş günü hesab edilməyən istirahət günləridir. Yanvarın 18-də – bazar günü şirkət rəhbərliyinin xahişi ilə Kamran 4 saat iş görüb.
Kamrana istirahət günü görülən işə görə aşağıdakı məbləğdə ödəniş ediləcək:
İstehsalat təqviminə əsasən, 2026-cı ilin yanvar ayında aylıq iş vaxtı norması 151 saat təşkil edir. Belə olan halda Kamranın saatlıq tarif maaşı 7,6 manat (1 150 / 151 = 7,6) edir.
Kamran yanvarın 18-də – bazar günü 4 saat iş gördüyü üçün ona aylıq əmək haqqından əlavə olaraq 60,8 manat ((4 × 7,6) × 2 = 60,8) ödəniləcək.
Başqa bir nümunədə “ABC” MMC-də işləyən digər işçi Əhməd Kamran kimi vaxtamuzd ödəmə sisteminə əsasən deyil, işəmuzd ödəmə sistemi üzrə əmək haqqı alır.
Onda istirahət günündə gördüyü işə görə Əhmədə aşağıdakı qaydada ödəniş ediləcək.
Məsələn, Əhməd də Kamran kimi beş günlük iş həftəsi üzrə işlədiyi üçün şənbə və bazar günləri onun üçün iş günü hesab edilməyən istirahət günləridir. Əhməd karton qutular hazırlayır və MMC hər qutuya görə Əhmədə 0,10 manat ödəyir. Yanvar ayının 18-də – bazar günü şirkət rəhbərliyinin xahişi ilə Əhməd 4 saat iş görüb və bu zaman ümumilikdə 100 qutu hazırlayıb.
İş günlərində Əhməd hazırladığı 100 qutuya görə 10 manat (100 × 0,10 = 10) aldığı halda, istirahət günü iş gördüyü üçün ona 20 manat ((100 × 0,10) × 2 = 20) əlavə ödəniş ediləcək”.