Sertifikasiyada zəif nəticə göstərən müəllimlərin məzun olduğu universitetlər açıqlandı

11 İyul 2025, 9:03
Sertifikasiyada zəif nəticə göstərən müəllimlərin məzun olduğu universitetlər açıqlandı
Sertifikasiyada zəif nəticə göstərən müəllimlərin məzun olduğu universitetlər açıqlandı

Riyaziyyat fənnindən sertifikasiya imtahanında zəif nəticə göstərən müəllimlərin 44 faizi Beynəlxalq Universitetin məzunlarıdır.

bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2025: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, bu universitetlərin çoxu hazırda ya fəaliyyət göstərmir, ya da müəllim hazırlamırlar:

"Zəif nəticə göstərən müəllimlərin bitirdiyi universitetlərə Kirovabad Dövlət Universiteti, Gəncə Dövlət Pedaqoji Universiteti, Azərbaycan Texniki Universiteti və Bakı Dövlət Universitetinin Şəki filialı daxildir". (Trend)