Sabah Bakının Xəzər rayonunun bəzi yaşayış massivlərində, həmçinin Göyçay rayonunda qaz təchizatı müvəqqəti dayandırılacaq.
Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, avqustun 24-də saat 09:00-dan “Pirallahı-Qala” qaz ölçü qovşağından qidalanan qaz kəmərində və saat 10:00-dan “Qaz İxrac” İdarəsi tərəfindən "Göyçay 2" ölçü qovşağından qidalanan qaz kəmərində aparılacaq təmir işləri ilə əlaqədar qaz təchizatı dayandırılacaq.
Təmir işləri görülən müddətdə Xəzər rayonunun Dübəndi Südçülük və Zirə Südçülük sovxozlarının, Qala kəndinin, Xaşa-Xuna, Laçın və Kəlbəcər sakinlərinin məskunlaşdığı yaşayış massivlərinin, həmçinin Göyçay rayon mərkəzinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.