Rusiya Prezidenti Vladimir Putin Türkiyə ilə çoxlu yeni maraqlı layihələrin olacağını açıqlayıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə dövlət başçısı xarici ölkələrin səfirlərinin, o cümlədən Türkiyənin Rusiya Federasiyasındakı səfiri Tanju Bilgiçin etimadnaməsini təqdim etmə mərasimində deyib.
“Bizim ticarət və yüksək texnologiya sahələrində hələ çox, çox maraqlı layihələrimiz, birgə başlanğıclarımız var”, – o qeyd edib.
Artıq həyata keçirilən layihələrə misal olaraq Putin iki ölkə arasında enerji sahəsində əməkdaşlığı göstərib. Onun qiymətləndirməsinə görə, bu sahədə qarşılıqlı fəaliyyət “həqiqətən də strateji xarakter daşıyır”.