Sosial şəbəkələrdə Azərbaycanda “Pazfarm” adlı şəbəkənin yüzlərlə insanın xeyli miqdarda vəsaitini ələ keçirməsi barədə məlumatlar yayılır.
“Qafqazinfo” xəbər verir ki, insanlara virtual formada taxıl, kartof, qarğıdalı əkərək zəncir marketinqinə əsaslanan pul qazanma təklif edən şəbəkənin toplanan pulları ələ keçirərək fəaliyyətini dayandırdığı bildirilir.
Bəzi şəxslərin bu şəbəkəyə 50 min manatadək vəsait yatırması barədə məlumatlar var.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən rəisi Elşad Hacıyev sorğumuza cavab olaraq bildirilib ki, bu barədə məlumatlıdırlar və faktla bağlı araşdırma aparılır: “Vətandaşlarımızı daha çox məlumatlandırmalıyıq ki, heç kim “yüksək faizli qazanc”dan fayda görməyib. İlkin olaraq şirnikləndirmək üçün hansısa dələduzluq metodlarından istifadə edilir”.