OPEC Azərbaycanda 2023-2024-cü illər üçün neft hasilatı üzrə proqnozunu yeniləyib

14 Dekabr 2023, 9:47
OPEC Azərbaycanda 2023-2024-cü illər üçün neft hasilatı üzrə proqnozunu yeniləyib
OPEC Azərbaycanda 2023-2024-cü illər üçün neft hasilatı üzrə proqnozunu yeniləyib

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda 2023-cü il üçün ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu pisləşdirib, 2024-cü il üçün isə dəyişməyib.

OPEC-in aylıq hesabatına əsasən, 2023-cü ildə ölkədə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının təqribən 700 min barel səviyyəsində olacağı proqnozlaşdırılır. Bu da illik müqayisədə 30 min barel azalma deməkdir və öncəki artım tempi üzrə proqnoz göstəricidən təxminən 13 min barel çoxdur.

Qeyd olunur ki, proqnozun azalmaya doğru korrektə edilməsi oktyabr ayında əsas neft yataqlarında hasilatın gözləniləndən aşağı olması ilə əlaqədardır.

Hesabata əsasən, 2024-cü il üçün Azərbaycanda maye karbohidrogenlərin gündəlik hasilatı stabil olaraq 0.7 mln. barel səviyyəsində qalacaq (proqnoz dəyişməyib).

Qeyd olunur ki, 2022-ci ildə sözügedən göstərici orta hesabla 700 min barel səviyyəsində olub, bu da illik müqayisədə 65 min barel azdır.