Lənkəran İcra Hakimiyyətində əməliyyat - Vəzifəli şəxslər saxlanıldı

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Lənkəran şəhər İcra Hakimiyyətində əməliyyat keçirib. “Qafqazinfo” xəbər verir ki, əməliyyat nəticəsində bəzi vəzifəli şəxslərin, eləcə də Lənkərən ŞİH-in şöbə müdiri - baş memar Elgün Əzizulla oğlu Abdullayevin saxlanıldığı bildirilir.
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Lənkəran şəhər İcra Hakimiyyətində əməliyyat keçirib.
“Qafqazinfo” xəbər verir ki, əməliyyat nəticəsində bəzi vəzifəli şəxslərin, eləcə də Lənkərən ŞİH-in şöbə müdiri - baş memar Elgün Əzizulla oğlu Abdullayevin saxlanıldığı bildirilir.
Baş Prokurorluğun mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, əməliyyatla bağlı rəsmi məlumat veriləcək.
Qeyd edək ki, Lənkəran ŞİH-in başçısı Taleh Qaraşovdur. O, 2012-ci ildən bu vəzifəni tutur.