İstanbula uçuşlarda endirimə başladı – GEDİŞ-GƏLİŞ 357 MANAT

Türk Hava Yolları Azərbaycandan İstanbula uçuşlarda endirimə başlayıb.
Türk Hava Yolları Azərbaycandan İstanbula uçuşlarda endirimə başlayıb.
Kampaniya Bakı, Gəncə və Naxçıvandan İstanbula uçuşları əhatə edir. Belə ki, kampaniya çərçivsində Bakı - İstanbul - Bakı - 393 azn ( 448 azn baqajlı), İstanbul - Bakı - İstanbul - 357 azn ( 418 azn baqajlı) qiymətə təklif olunur.
Gəncədən uçuşlarda isə Gəncə-İstanbul-Gəncə - 336 azn ( 382 azn baqajlı), İstanbul - Gəncə - İstanbul - 305 azn (349 azn baqajlı) müəyyən edilib.
Eyni qiymət Naxçıvandan İstanbula uçuşlarda da tətbiq edilib - Naxçıvan - İstanbul - Naxçıvan - 336 azn ( 382 azn baqajlı), İstanbul - Naxçıvan - İstanbul - 305 azn (349 azn baqajlı).
Kampaniya yanvarın 26-dək davam edir. Belə ki, satış tarixləri 16.01.2023 - 26.01.2023 arasındadır. Uçuş tarixləri isə 16.01.2023-dən başlayaraq 10.06.2023-dək dəyişir.
Bununla yanaşı, bu qiymətlər Novruz bayramı tarixlərinə aid deyil.