PRESS REVIEW — PRA.AZ
Dünya

İsrail vətəndaşları ABŞ-a vizasız gedə biləcəklər

İsrail vətəndaşları ABŞ-a vizasız gedə biləcəklər

Bu ilin sentyabr ayından etibarən İsrail vətəndaşları üçün ABŞ-a vizasız giriş tətbiq olunacaq. Bunu İsrailin Baş naziri Benyamin Netanyahu “Twitter“də yazıb. “Bu gün biz, İsrail vətəndaşlarına mühüm bir xəbər veririk. Söz verdiyimiz kimi, israilliləri ABŞ-a giriş üçün viza almaq zərurətindən azad etməklə bağlı bütün qanuni tələblər uğurla yerinə yetirilib” – Netanyahu yazıb.

Bu ilin sentyabr ayından etibarən İsrail vətəndaşları üçün ABŞ-a vizasız giriş tətbiq olunacaq.

Bunu İsrailin Baş naziri Benyamin Netanyahu “Twitter“də yazıb.

“Bu gün biz, İsrail vətəndaşlarına mühüm bir xəbər veririk. Söz verdiyimiz kimi, israilliləri ABŞ-a giriş üçün viza almaq zərurətindən azad etməklə bağlı bütün qanuni tələblər uğurla yerinə yetirilib” – Netanyahu yazıb.

“Yaxın aylarda biz əlavə tələblərə də əməl edəcəyik və bu ilin sentyabrında ABŞ-a giriş üçün viza tələb edilməyən ölkələr siyahısına İsrailin də qoşulacağı gözlənilir” – hökumət başçısı əlavə edib.

Bu xəbəri bəyəndiniz?
Paylaş: