İsrail ötən gecə Qəzza zolağında HƏMAS-ın 500-dən çox hədəfini vurub

9 Oktyabr 2023, 9:25
İsrail ötən gecə Qəzza zolağında HƏMAS-ın 500-dən çox hədəfini vurub
İsrail ötən gecə Qəzza zolağında HƏMAS-ın 500-dən çox hədəfini vurub

Qeyd olunub ki, hədəflər döyüş təyyarələri, helikopterlər və artilleriyalarla vurulub.

Məlumata görə, həmçinin HƏMAS rəhbərliyinin yerləşdiyi binalara da zərbələr endirilib.

Bildirilib ki, İsrail ordusu Qəzza zolağına zərbələr endirməyə və terror təşkilatlarının imkanlarını zəiflətməyə davam edəcək.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında Qəzza zolağından İsrailə raket hücumları başlayıb və eyni zamanda silahlı qruplar yəhudi dövlətinin ərazisinə daxil olub. Ordu "müharibə hazırlığı vəziyyəti" elan edib və tezliklə cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.