IMF 2025-ci ildə qlobal ticarətin artım tempinin azalacağını proqnozlaşdırır

Qlobal ticarətin həcminin artım tempi 2025-ci ildə illik ifadədə 1,7 %-ə qədər azalacaq. "Report" xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) dünya iqtisadiyyatının inkişaf perspektivləri haqqında növbəti hesabatında bildirilib. Bu, yanvar qiymətləndirməsindən 1,5 faiz bəndi aşağıdır.
Qlobal ticarətin həcminin artım tempi 2025-ci ildə illik ifadədə 1,7 %-ə qədər azalacaq.
"Report" xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) dünya iqtisadiyyatının inkişaf perspektivləri haqqında növbəti hesabatında bildirilib. Bu, yanvar qiymətləndirməsindən 1,5 faiz bəndi aşağıdır.
Hesabata əsasən, 2026-cı ildə bu göstərici 2,5 % artacaq, bu isə IMF-in yanvar proqnozundan 0,8 faiz bəndi aşağıdır.
"Baza proqnozuna görə, 2025-cı və 2026-cı illərdə ticarət siyasətindəki qeyri-müəyyənliyin nisbətən yüksək səviyyədə qalacağı ehtimal olunur", - IMF hesab edir.