Hava ilə bağlı - Xəbərdarlıq

Milli Hidrometeorologiya Xidməti ölkə ərazisində hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq yayıb.
Milli Hidrometeorologiya Xidməti ölkə ərazisində hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq yayıb.
“Qafqazinfo” xəbər verir ki, Bakıda və Abşeron yarımadasında avqustun 6-dan 9-u günüzədək şimal-qərb küləyinin 15-18 m/s, 6-7-də yarımadanın bəzi yerlərində arabir 20 m/s olacaq. Avqustun 6-8-də əsasən gecə və səhər saatlarında bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
Azərbaycanın rayonlarında avqustun 5-i axşamdan 9-u gündüzədək bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Qərb küləyi 6-8-də bəzi yerlərdə arabir 18-23 m/s olacaq.
Çaylarda sululuğun artacağı ehtimalı var.