Güzəştli ipoteka krediti nə vaxt ayrılacaq? - AÇIQLAMA

13 Sentyabr 2023, 21:17
Güzəştli ipoteka krediti nə vaxt ayrılacaq? - AÇIQLAMA
Güzəştli ipoteka krediti nə vaxt ayrılacaq? - AÇIQLAMA

Bir neçə gün əvvəl İpoteka və Kredit Zəmanət Fondu tərəfindən (Fond) satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi çərçivəsində vətəndaşlara təqdim etdiyi yaşayış sahələrinin siyahısına daha 268 yeni, tam təmirli mənzil əlavə edilib.

Bəs İpoteka və Kredit Zəmanət Fondunun kommersiya banklarına güzəştli, yəni illik 4 faizli ipoteka üçün limitlər nə vaxt ayrılacaq?

İpoteka və Kredit Zəmanət Fondu tərəfindən  bildirilib ki, güzəştli ipoteka kreditləşməsi üçün limitlər hər ilin əvvəli ayrılır.

Güzəştli ipotekanın şamil olunduğu əhali kateqoriyaları barədə ətraflı məlumatı aşağıdakı keçiddən əldə edə bilərsiniz. (http://mcgf.gov.az/menu/46)

Qeyd edək ki, hazırda İpoteka və Kredit Zəmanət Fondunun kommersiya banklarına güzəştli, yəni illik 4 faizli ipoteka ilə bağlı verdiyi limitlər bitib. (Trend)