“Gürcüstan parlamentində “Milli, dini dəyərlərin və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” sənədin ikinci oxunuşda qəbulu xalqın hüquqlarını pozmaqdır”.
“Qafqazinfo” xəbər verir ki, bunu Aİ-nin xarici siyasət məsələləri üzrə mətbuat katibi Peter Stano deyib.
O bildirib ki, təmsil etdiyi qurum Gürcüstan hökumətini həmin sənədə yenidən baxmağa çağırır:
“Sözügedən sənəd xalqın hüquqlarını pozmaqla da kifayətlənmir. Bu həm də cəmiyyətdə geniş diskriminasiyaya yol aça bilər”.
Peter Stano bununla da Gürcüstanın Aİ-yə üzvlüyü prosesinin faktiki olaraq dayandırıldığını deyib.
Xatırladaq ki, Gürcüstan parlamenti ötən gün LGBT-nin təbliğinin qadağan edilməsini tələb edən qanun layihəsini parlamentdə ikinci oxunuşda qəbul edib.