PRESS REVIEW — PRA.AZ
Iqtisadiyyat

FED qərarını açıqladı: Dollar bahalaşacaqmı?

FED qərarını açıqladı: Dollar bahalaşacaqmı?

ABŞ Federal Ehtiyat Sistemi baza dərəcəsini illik 5,25-5,5 % səviyyəsində saxlayıb. "Report"un xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Federal Açıq Bazar Komitəsinin (FOMC) iclasının yekunlarına dair məlumatda deyilir.

ABŞ Federal Ehtiyat Sistemi baza dərəcəsini illik 5,25-5,5 % səviyyəsində saxlayıb.

 

"Report"un xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Federal Açıq Bazar Komitəsinin (FOMC) iclasının yekunlarına dair məlumatda deyilir.

Qərar FOMC üzvləri tərəfindən yekdilliklə qəbul edilib, əksər analitik və iqtisadçıların gözləntiləri ilə üst-üstə düşüb.

 

"Komitə uzun müddət ərzində maksimum məşğulluğa və 2 % inflyasiyaya nail olmağa çalışır. Bu məqsədlə federal fondların faiz dərəcəsi üçün hədəf diapazonunu 5,25-5,5% səviyyəsində saxlamaq qərarına gəlib", - hesabatda deyilir.

 

Bununla da FED ardıcıl üçüncü dəfə uçot dərəcəsini saxlamaq qərarına gəlib.

Bu xəbəri bəyəndiniz?
Paylaş: