PRESS REVIEW — PRA.AZ
İdman

Fatih Terim İtaliyaya qayıdır

Fatih Terim İtaliyaya qayıdır

Fatih Terim yenidən aktiv futbola qayıdır. “İmperator” ləqəbli məşqçinin İtaliyada işləyəcəyi iddia olunur. 70 yaşlı mütəxəssisin keçmiş komandası “Fiorentina”ya rəhbərlik etmək şansı var. 2022-ci ilin yanvar ayında “Qalatasaray”dan ayrıldıqdan bəri komanda idarə etməyən “mister” sabiq klubunun təklifinə müsbət yanaşıb. Terimin agentinin qarşı tərəflə danışıqlara başladığ

Fatih Terim yenidən aktiv futbola qayıdır.

 "İmperator” ləqəbli məşqçinin İtaliyada işləyəcəyi iddia olunur.

70 yaşlı mütəxəssisin keçmiş komandası “Fiorentina”ya rəhbərlik etmək şansı var. 2022-ci ilin yanvar ayında “Qalatasaray”dan ayrıldıqdan bəri komanda idarə etməyən “mister” sabiq klubunun təklifinə müsbət yanaşıb. Terimin agentinin qarşı tərəflə danışıqlara başladığı bildirilir. Qeyd edək ki, Fatih Terim 2000-2001-ci illərdə “Fiorentina” komandasının sükanı arxasında olub. 

Bu xəbəri bəyəndiniz?
Paylaş: