PRESS REVIEW — PRA.AZ
Xəbər

Etilen-Polietilen Zavodunda yanğın. Nazir müavini əraziyə gedib

Etilen-Polietilen Zavodunda yanğın. Nazir müavini əraziyə gedib

Etilen-Polietilen Zavodunda baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir. Bu barədə FHN-ə istinadən xəbər verir. Hazırda fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev, Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi daxili xidmət general-mayoru Hikmət Abbasov və Nazirliyin baş hərbi eksperti polkovnik Fərhad Səmədov hadisə yerindədir.

Etilen-Polietilen Zavodunda baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.

Bu barədə FHN-ə istinadən xəbər verir.

 

Hazırda fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev, Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi daxili xidmət general-mayoru Hikmət Abbasov və Nazirliyin baş hərbi eksperti polkovnik Fərhad Səmədov hadisə yerindədir.

XXX

13:14 - Məlumat verildiyi kimi, Sumqayıt şəhərində yerləşən Etilen-Polietilen Zavodunda yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumat əsasında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, hazırda yanğının yayılmasının qarşısının alınması və məhdudlaşdırılması istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Bu xəbəri bəyəndiniz?
Paylaş: