PRESS REVIEW — PRA.AZ
Dünya

Ermənistan yaxın 5 ildə Azərbaycanla sülh müqaviləsi imzalamağı hədəfləyir

Ermənistan yaxın 5 ildə Azərbaycanla sülh müqaviləsi imzalamağı hədəfləyir

Bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib. O bu məqsədi fəaliyyətinin əsas prioriteti adlandırıb və ona nail olmağın mümkünlüyünə əminliyini ifadə edib.

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin 2031-ci ilə qədər imzalanması və ratifikasiya edilməsini qarşısına vəzifə qoyub.

Bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib. O bu məqsədi fəaliyyətinin əsas prioriteti adlandırıb və ona nail olmağın mümkünlüyünə əminliyini ifadə edib.

“Çıxışımda dövlətdən və xalqdan qanunsuz olaraq özgəninkiləşdirilmiş əmlakın geri qaytarılmasının ən mühüm vəzifələrdən biri olduğunu dedim. Lakin mən vurğulamaq istəyirdim ki, bütün bu mühüm vəzifələrdən də üstün olan ən vacib vəzifə sülh sazişinin imzalanması və ratifikasiya edilməsidir”, – deyə o bildirib.

Xatırladaq ki, Ermənistan Konstitusiyasının 1990-cı il Müstəqillik Bəyannaməsinə istinad etməsi və burada Azərbaycana qarşı açıq ərazi iddiaları olan müddəanın əks olunması sülh sazişinə mane olan əsas səbəb hesab olunur. Ermənistan sülh müqaviləsini imzalamaq üçün Konstitusiyasında müvafiq dəyişilik üçüm referenduma hazırlaşır.

Bu xəbəri bəyəndiniz?
Paylaş: