PRESS REVIEW — PRA.AZ
Cəmiyyət

Bu şəxslər üçün viza rejimində dəyişikliklər ediləcək

Bu şəxslər üçün viza rejimində dəyişikliklər ediləcək

ABŞ Daxili Təhlükəsizlik Nazirliyi əcnəbi tələbələrin, mədəni mübadilə proqramları iştirakçılarının və xarici media nümayəndələrinin ölkədə qalma qaydasında dəyişikliyi təsdiq edib. Bu barədə “Reuters” ABŞ-nin Federal Reyestrində dərc olunan bildirişə istinadən məlumat yayıb.

ABŞ Daxili Təhlükəsizlik Nazirliyi əcnəbi tələbələrin, mədəni mübadilə proqramları iştirakçılarının və xarici media nümayəndələrinin ölkədə qalma qaydasında dəyişikliyi təsdiq edib.

Bu barədə “Reuters” ABŞ-nin Federal Reyestrində dərc olunan bildirişə istinadən məlumat yayıb.

Sənədə əsasən, hazırda qüvvədə olan və ABŞ-də qalma müddətinin təhsil, mübadilə proqramı və ya media şirkətinin ABŞ nümayəndəliyində iş müddətindən asılı olduğu sistemin əvəzinə, bu kateqoriyadan olan əcnəbilər üçün vizaların sabit etibarlılıq müddəti müəyyən ediləcək.

Daxili Təhlükəsizlik Nazirliyindən qeyd edilib ki, qəbul edilmiş qayda ABŞ Konqresi tərəfindən baxılmalıdır, bundan sonra isə onun qüvvəyə minmə tarixi müəyyən ediləcək.

Bu xəbəri bəyəndiniz?
Paylaş: