Bu istiqamətdə qatar reyslərinin sayı artırılır

21 Oktyabr 2025, 20:54
Bu istiqamətdə qatar reyslərinin sayı artırılır
Bu istiqamətdə qatar reyslərinin sayı artırılır

8 noyabr – Zəfər Günündən etibarən Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə reyslər təyin edilir.

Bu barədə “Qafqazinfo”ya “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib. 

Bildirilib ki, sərnişin tələbatını təmin etmək məqsədilə Bakıdan və Qəbələdən 8, 9, 10 və 11 noyabr tarixlərində hər iki istiqamətə reyslər təşkil ediləcək.

8 noyabrdan başlayaraq həftəsonları bu maşrutla ənənəvi qrafik üzrə səfərlər ikimərtəbəli müasir qatarlarla həyata keçiriləcək.