PRESS REVIEW — PRA.AZ
Iqtisadiyyat

Bu il banklar təxminən 200 milyon manat daha çox xalis mənfəət əldə ediblər

Bu il banklar təxminən 200 milyon manat daha çox xalis mənfəət əldə ediblər

2022-ci ilin 10 ayında banklar 769,9 milyon manat xalis mənfəət əldə ediblər. Marja.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

2022-ci ilin 10 ayında banklar 769,9 milyon manat xalis mənfəət əldə ediblər.

Marja.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

Banklar 2021-ci ilin 10 ayını 570,1 milyon manat xalis mənfəət ilə başa vurmuşdular. Beləliklə, bank sektorunun xalis mənfəəti 199,8 milyon manat və ya 35% artıb.

Eyni zamanda, 2022-ci ilin 10 ayında banklar 1 milyard 116.7 milyon manat məbləğində əməliyyat mənfəəti əldə ediblər (ötən ilin eyni dövründə 810,2 milyon manat).

İlin əvvəlindən banklar tərəfindən ümumilikdə 178 milyon manat məbləğində mənfəət vergisi ödənilib.

Bu xəbəri bəyəndiniz?
Paylaş: