PRESS REVIEW — PRA.AZ
Xəbər

Bu avtobusda nağd ödəniş ləğv edildi

Bu avtobusda nağd ödəniş ləğv edildi

50 nömrəli müntəzəm marşrut üzrə (“Neftçilər” metrostansiyası – Yeni Günəşli qəsəbəsini əlaqələndirən) avtobuslarda gedişhaqqının nağd qaydada ödənilməsi dayandırılıb. Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib. Bildirilib ki, 8 maydan etibarən bu avtobuslarda gedişhaqqı “BakıKart” vasitəsilə ödənilir. Qeyd edilib ki, iş prosesinə uyğun olaraq, digər marşrut xət

50 nömrəli müntəzəm marşrut üzrə (“Neftçilər” metrostansiyası – Yeni Günəşli qəsəbəsini əlaqələndirən) avtobuslarda gedişhaqqının nağd qaydada ödənilməsi dayandırılıb.

Bu barədə  Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Bildirilib ki, 8 maydan etibarən bu avtobuslarda gedişhaqqı “BakıKart” vasitəsilə ödənilir.

Qeyd edilib ki, iş prosesinə uyğun olaraq, digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq.

Bu xəbəri bəyəndiniz?
Paylaş: