Bu proqnoz “Dünya iqtisadiyyatının vəziyyəti və perspektivləri 2024" (World Economic Situation and Prospects 2024) adlı məruzədə öz əksini tapıb.
BMT-nin qiymətləndirmələrinə əsasən, 2023-cü ildə ölkədə ÜDM-in artımı 0,7% təşkil edib.
Təşkilat həmçinin 2025-ci ildə Azərbaycanda ÜDM-in artımını 2,8% səviyyəsində proqnozlaşdırır.
BMT-nin proqnozlarına əsasən, 2024-cü ildə Azərbaycanda orta illik inflyasiya 5,9% təşkil edəcək, 2025-ci ildə - 3,9%-dək azalacaq.
Xəbər verildiyi kimi, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda ÜDM-in 0,8% artıb.
İqtisadiyyat Nazirliyi 2023-cü ildə ÜDM-in 1,9%, 2024-cü ildə 2,4% səviyyəsində artımını proqnozlaşdırır. İqtisadiyyat Nazirliyi 2023-cü ildə orta illik inflyasiyanın 9,5% səviyyəsində proqnozlaşdırır. 2024-cü ilin proqnozu – 5,3%-dir.
2022-ci ildə Azərbaycanda ÜDM 4,5% artıb, inflyasiya 13,9% təşkil edib. (İnterfaks-Azərbaycan)