“Bloomberg”: Makron parlamenti buraxmağı düşünür

22 Aprel 2025, 22:00
“Bloomberg”: Makron parlamenti buraxmağı düşünür
“Bloomberg”: Makron parlamenti buraxmağı düşünür

Fransa Prezidenti Emmanuel Makron bu ilin payızında növbədənkənar seçkilər keçirmək üçün parlamentin buraxılması imkanını nəzərdən keçirir.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadən məlumat yayıb.

Mənbələr bildiriblər ki, Makron son həftələr özünə yaxın şəxslərlə belə bir ssenari ilə bağlı məsləhətləşib. Müzakirələr sırf məsləhət xarakteri daşıyıb və hələlik heç bir qərar verilməyib.

Fransada qanunverici orqana növbəti seçkilər 2029-cu ildən tez olmamaqla keçirilməlidir.