Ermənistan ABŞ-dan ümumilikdə 13 milyard dollardan çox investisiya gözləyir ki, bu da ölkənin ÜDM-sinin təqribən yarısını təşkil edir.
Bu barədə “Bloomberg“də yazı dərc olunub.
Yazıda qeyd olunana görə, investisiyanın 9 milyardı mülki məqsədlər üçün nüvə enerjisi sahəsində tərəfdaşlıqdan ibarət olacaq və böyük ehtimalla “Metsamor” nüvə obyekti başqa bir müəssisə ilə əvəz olunacaq.
İnvestisiyanın 4 milyard dollara qədər hissəsi isə süni intellekt təşəbbüslərinin inkişafına yönəldiləcək ki, burada “Firebird” və “Nvidia” şirkətlərinin 2026-cı ildə geniş kompüter infrastrukturu yaratması nəzərdə tutulur.
Məqalədə yazılana görə, bu investisiyalar Ermənistanın baş naziri Nikol Paşinyanın seçkilər ərəfəsində mövqeyini gücləndirəcək və ölkənin Rusiyadan asılılığını azaldacaq.