“Bakı əhalisinin sayı 3 milyondan çoxdur”

16 Yanvar 2024, 13:02
“Bakı əhalisinin sayı 3 milyondan çoxdur”
“Bakı əhalisinin sayı 3 milyondan çoxdur”

“2020-ci ildə Bakıda əhalinin sayı 2 milyon 630 min nəfər olub”.

“Qafqazinfo” xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov deyib.

O bildirib ki, əlavə 300 min nəfəri tələbə, məcburi köçkünlər və digər regionlardan gəlib paytaxtda yaşayan şəxslər təşkil edib:

“Əhalinin təbii artımı ilə bağlı məsələ fərqli olub. Belə ki, 2010-cu ildə Bakıda artım illik 1,014 faiz idi, 2020-ci ilə doğru bu göstərici 0,75 faizə düşüb. Tək bizdə deyil, bütün dünyada əhali artımı məsələsində azalma gedir. Biz illik artımı 0,75 götürməklə hesabata 3 milyon 70 min əhali sayı qeyd etdik. Əlavə 100 min nəfər nəzərdə tutaraq yekun hesabatda Bakı əhalisinin sayını 3 milyon 170 min nəfər olaraq təqdim etmişik.

Təhlil və proqnozlara əsasən iqtisadiyyatı inkişaf üşün tələb olunan torpaq sahələri 2,823 ha ərazi olacaq. Bu cəhətdən əhali ilə bağlı 540 min nəfər artım,  iş yerlərinin sayı 372 min 375 nəfər artım, 142 min 800 yeni mənzil, təsərrüfat sahələri 2490 ha və s. olacaq".