Azərbaycanda meymunçiçəyinə yoluxma varmı?-RƏSMİ

16 Avqust 2024, 8:08
Azərbaycanda meymunçiçəyinə yoluxma varmı?-RƏSMİ
Azərbaycanda meymunçiçəyinə yoluxma varmı?-RƏSMİ

Ölkəmizdə meymunçiçəyinə yoluxma hadisəsi qeydə alınmayıb.

 

Bu barədə  Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, epidemioloji vəziyyət nəzarət altındadır.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı yaranmış vəziyyətlə əlaqədar Afrikada “meymunçiçəyi” (mpox) epidemiyasını bütün dünya üçün təhlükə olan fövqəladə hal elan edib.

Qeyd edək ki, ilin əvvəlindən Afrika qitəsində bu xəstəliyə 15 mindən çox yoluxma və epidemiyadan 461 ölüm halı qeydə alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 160% çoxdur. (APA)