Azərbaycanda bu sahədə maaşlar 4 min manatdan yuxarıdır

2026-cı ilin yanvar-iyul aylarında ölkədə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,2 faiz artaraq 1176,7 manat təşkil edib.
2026-cı il avqustun 1-i vəziyyətinə mədənçıxarma sənayesində orta aylıq nominal əməkhaqqı iyulun 1-i ilə müqayisədə 4317,3 manatdan 4267,6 manata düşərək 49,7 manat (1,15%) azalıb.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.Maliyyə və sığorta fəaliyyəti sektorunda isə əksinə, cüzi artım müşahidə olunub: iyulun 1-də 3123,1 manat təşkil edən orta aylıq əməkhaqqı avqustun 1-nə 4.5 manat (0,14%) artaraq 3127,6 manata yüksəlib.
Qeyd edək ki, 2026-cı ilin yanvar-iyul aylarında ölkədə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,2 faiz artaraq 1176,7 manat təşkil edib.