“Azərbaycana qarşı sanksiyalar gündəmdə deyil”.
“Qafqazinfo” xəbər verir ki, bunu Fransa xarici işlər naziri Katrin Kolonna “France 2” telekanalına açıqlamasında deyib.
Qeyd edək ki, ötən gün Avropa Siyasi Birliyinin Qranada (İspaniya) sammitindən sonra keçirilən mətbuat konfransında Fransa Prezidenti Emmanuel Makron da bu haqda danışıb.