"Henley & Partners" şirkətinin dünya pasportları indeksinə dair məlumatları dərc olunub.
reytinqə əsasən, Azərbaycan əvvəlki qiymətləndirmə ilə müqayisədə bir mövqe yüksələrək 69-cu yeri tutub. Respublika vətəndaşları 71 ölkəyə vizasız səfər edə bilərlər.
Qeyd edək ki, Sinqapur yenidən dünyanın ən güclü pasportlarına malik olmaqla liderliyini qoruyub saxlayıb. Belə ki, bu ölkənin vətəndaşları 195 ölkəyə (təhlil olunan 227 ölkədən) vizasız və ya gəlişdə viza ilə səfər edə bilirlər.
Fransa, Almaniya, İtaliya, Yaponiya və İspaniya 192 ölkəyə vizasız girişlə 2-ci yerdə qərarlaşıb. Üçüncü yeri yeddi ölkə bölüşüb: Avstriya, Finlandiya, İrlandiya, Lüksemburq, Hollandiya, Cənubi Koreya və İsveç (191 vizasız istiqamət).
Reytinqi İraq (31 vizasız istiqamət), Suriya (28 vizasız istiqamət) və Əfqanıstan (26 vizasız istiqamət) tamamlayır.
Qeyd edək ki, "Henley" pasport indeksi sahiblərinin əvvəlcədən vizasız gedə biləcəyi istiqamətlərin sayına görə dünyada bütün pasportların orijinal və ən nüfuzlu reytinqidir. İndeksə 199 pasport və 227 turist istiqaməti daxildir ki, bu da istifadəçilərə qlobal çıxış imkanı və mobillikləri barədə ən geniş və etibarlı məlumat verir. (Trend)