Avropanın havası ən pis olan ŞƏHƏRLƏRİ

26 Sentyabr 2023, 8:32
Avropanın havası ən pis olan ŞƏHƏRLƏRİ
Avropanın havası ən pis olan ŞƏHƏRLƏRİ

Çirkləndirilmiş hava sağlamlığa təsir edir və ciddi problemlərə səbəb ola bilər. Məlum olduğu kimi, avropalıların təxminən 98 faizi belə hava ilə nəfəs almağa məcburdur.

Lent.az xəbər verir ki, bu barədə “DW” aparılan tədqiqata istinadla məlumat yayıb. Tədqiqatların nəticələri göstərib ki, Avropada yalnız dörd ölkədə - İsveç, İslandiya, Finlandiya və Norveçdə göstəricilər normaya yaxındır.

Ekspertlər qeyd edirlər ki, planetin digər yerləri, misal üçün Hindistan ilə müqayisədə, Avropada havanın keyfiyyəti daha yüksəkdir, lakin buna baxmayaraq, onun səviyyəsi orqanizmin vəziyyətinə ziyan vura bilər. İndi ən pis göstəricilər Po çayı (İtaliya) vadisində qeydə alınıb. Oxşar vəziyyət Barselona (İspaniya), Paris (Fransa) və Afinada (Yunanıstan) müşahidə olunub.