Aİ Ermənistana hərbi yardım göstərmək imkanlarını nəzərdən keçirir

14 Noyabr 2023, 9:08
Aİ Ermənistana hərbi yardım göstərmək imkanlarını nəzərdən keçirir
Aİ Ermənistana hərbi yardım göstərmək imkanlarını nəzərdən keçirir

Avropa İttifaqı Avropa Sülh Fondu çərçivəsində Ermənistana hərbi yardımın göstərilməsi, eləcə də vətəndaşları üçün viza rejiminin liberallaşdırılması imkanlarını nəzərdən keçirir.

Bu barədə Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi/Aİ Komissiyasının Vitse-prezidenti Cozep Borell Aİ Xarici İşlər Nazirləri Şurasının iclasından sonra deyib.

“Biz Avropa Sülh Fondundan Ermənistana yardım göstərilməsi imkanlarını və Ermənistan üçün viza rejiminin liberallaşdırılması variantını öyrənəcəyik”, – deyə o bildirib.