ABŞ Zəngəzur dəhlizinin idarə edilməsini öz üzərinə götürməyə hazır olduğunu bildirib

15 İyul 2025, 8:47
ABŞ Zəngəzur dəhlizinin idarə edilməsini öz üzərinə götürməyə hazır olduğunu bildirib
ABŞ Zəngəzur dəhlizinin idarə edilməsini öz üzərinə götürməyə hazır olduğunu bildirib

ABŞ Zəngəzur dəhlizini idarə etməyə götürməyə hazır olduğunu bildirib.

"Report"un Middle East Eye-a istinadən məlumatına görə, bu barədə ABŞ-nin Türkiyədəki səfiri Tom Barrak Nyu-Yorkda jurnalistlərə açıqlamasında deyib.

Diplomatın sözlərinə görə, ABŞ 100 il müddətinə 32 kilometrlik Zəngəzur dəhlizinin idarəçiliyini öz üzərinə götürməyi təklif edib.

"Beləliklə, hər iki tərəf bu dəhlizdən istifadə edə biləcək", - səfir vurğulayıb.

Tom Barrak həmçinin qeyd edib ki, bu təklifin əsas məqsədi Azərbaycan və Ermənistan arasında diplomatik danışıqların irəliləməsinə kömək etməkdir.