ABŞ İrana qarşı məxfi əməliyyat keçirə bilər

29 Yanvar 2024, 10:27
ABŞ İrana qarşı məxfi əməliyyat keçirə bilər
ABŞ İrana qarşı məxfi əməliyyat keçirə bilər

ABŞ İordaniyadakı hərbi bazasına hücuma cavab olaraq müxtəlif cavab tədbirləri variantlarını araşdırır.

Bildirilir ki, bu tədbirlərdən biri İrana qarşı məxfi əməliyyat ola bilər. Bu hücum zamanı isə ABŞ-nin İrana zərbə endirəcəyi güman edilir. 

Adı açıqlanmayan mənbənin sözlərinə görə, 3 amerikalı hərbçinin həlak olduğu hücum ABŞ-nin daha qətiyyətli reaksiyasına səbəb olacaq. 

Agentlik yazır ki, ABŞ-nin iranlı məmurlara birbaşa hücumu istisna edilmir. 

Xatırladaq ki, yanvarın 28-i İordaniyanın şimal-şərqində pilotsuz uçuş aparatı ilə ABŞ hərbi bazasına hücum edilib. Hadisə nəticəsində 3 amerikalı əsgər həlak olub,. ABŞ Prezidenti Co Bayden hücumda Suriya və İraqda fəaliyyət göstərən və İran tərəfindən dəstəklənən döyüşçüləri günahlandırıb. İran isə öz növbəsində sözügedən hücumdan iştirakını təkzib edib.