Son xəbərlər
Haqqımızda
Press Revyu İnformasiya Monitor Agentliyi (Press Review Agency) 2006-ci ildən fəaliyyət göstərir. Fəaliyyət göstərdiyimiz 16 il ərzində agentliyimizin inkişafı ilə bərabər, həm də bu sahədəki yerli bazarın inkişafına da töhfələrimiz olub.
- Bütün tərəfdaşlarımızın etimadını yüksək qiymətləndirir, hər bir müştəriyə individual yanaşmağa çalışırıq.
- Yüksək texnologiyaları və proqramları tətbiq etməklə xidmətlərimizin dəyərində onların xüsusi çəkisini minimuma endiririk.
- Şəffaflığı sevirik və fəaliyyətimizi qanunvericiliyin tələblərinə uyğun qurur, Dövlət Büdcəsi qarşısında öz öhdəliyimizi vicdanla yerinə yetiririk.
Xarici və yerli şirkətlərlə etibarlı tərəfdaşlıq münasibətləri yaratmağa imkan verən təcrübəmiz nəticəsində biz 50-dən çox korportiv qurumlarla əməkdaşlıq edir, müxtəlif xidmətlər təqdim edirik. Uzun müddətli tərəfdaşlıq münasibətlərinə üstünlük veririk və tərəfdaşlarımıza münasibətimiz onlardan əldə etdiyimiz gəlirlə ölçülmür. Biz bir aforizmə çevrilən H. Selfricin “Müştəri həmişə haqlıdır” ifadəsinin indi də, haqlı olduğunu düşünürük və bu baxımdan hər bir müştəri bizim üçün çox dəyərlidir. Ətraf mühit və sosial sahəyə diqqətlə yanaşdığımızdan sıfır tullantı ilə xidmət göstərməyə çalışırıq. Biz qənaəti sevsək də, inkişafa səbəb ola biləcək bütün yeniliklərdən xidmətlərimiz də istifadə edirik. İnsan kapitalına yüksək qiymət veririk və məhsulun əsl memarının Agentliyin və onun qurucusu olduğunu deyil, onu üzə çıxaran işçinin olduğunu düşünür və onlara bu kriteriyaya uyğun qiymət verməyə çalışırıq. Hər zaman işimizdə peşəkarlığa önəm veririk.
Xoşbəxt müştərilər
Həyata keçirilən layihələr
İllik təcrübə
Mükafatlar
Xidmətlər
Sosial İqtisadi Araşdırmalar
Sistem tərəfindən axtarılıb tapılan məlumatlar peşəkar media monitorinq qrupu tərəfindən gündəlik, həftəlik, aylıq, rüblük və illik təhlil olunur. Təhlil media növləri, kəmiyyət, keyfiyyət,məzmun, xarakter və s. parametrlər üzrə xüsusi tərtibatlarda müştərilərə təqdim edilir.
İnformasiya gündəliyi
Təqdim olunan informasiya gündəliyində rəsmi xronika və eyni zamanda ölkəmizdə baş verən ən mühüm siyasi, iqtisadi, biznes, sosial xəbərlərin xülasəsi yer alır.
Media Reytinqləri
Sistem tərəfindən axtarılıb tapılan məlumatlar peşəkar media monitorinq qrupu tərəfindən gündəlik, həftəlik, aylıq, rüblük və illik təhlil olunur.
Medianın izlənməsi (Press Monitoring)
İnternet resursların, qəzetlərin, telekanalların, radioların və sosial medianın monitorinqi xüsusi sistem tərəfindən peşəkar şəkildə aparılır. Müştəri tərəfindən təqdim olunan açar sözlərlə KİV-in izlənilməsi günün 24 saatında fasiləsiz olaraq həyata keçirilir.
Analitika
Sistem tərəfindən axtarılıb tapılan məlumatlar peşəkar media monitorinq qrupu tərəfindən gündəlik, həftəlik, aylıq, rüblük və illik təhlil olunur. Təhlil media növləri, kəmiyyət, keyfiyyət, məzmun, xarakter və s. parametrlər üzrə xüsusi tərtibatlarda müştərilərə təqdim edilir.
Bizimlə Əlaqə
PRA.AZ
Press Revyu İnformasiya Monitor Agentliyi (Press Review Agency) 2006-ci ildən fəaliyyət göstərir. Fəaliyyət göstərdiyimiz 16 il ərzində agentliyimizin inkişafı ilə bərabər, həm də bu sahədəki yerli bazarın inkişafına da töhfələrimiz olub.