Xaricdən ən çox sifariş verilən 10 Azərbaycan məhsulu – SİYAHI

1 İyul 2022, 15:43
Xaricdən ən çox sifariş verilən 10 Azərbaycan məhsulu – SİYAHI
Xaricdən ən çox sifariş verilən 10 Azərbaycan məhsulu – SİYAHI

2022-ci ilin yanvar-may aylarında Azexport.az portalına 215 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.

2022-ci ilin may ayında Azexport.az portalına daxil olan ixrac sifarişlərinin dəyəri isə 52,3 milyon ABŞ dolları təşkil edib.

2022-ci ilin may ayında Azexport.az portalına edilən ixrac sifarişlərinin tərkibində alma şirəsi, nar konsentratı, pomidor, tibbi tənzif, pambıq çiyidi, günəbaxan yağı, qarğıdalı yağı, buğda kəpəyi, toyuq əti, biyan kökü, kərpic (tikinti materialı) və s. məhsullar üstünlük təşkil edib.

Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2022-ci ilin 31 may tarixinə kimi (65 ay ərzində) Azexport.az portalına dünyanın 145 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 3,04 milyard ABŞ dolları təşkil edib.

Həmçinin “İxrac İcmalı”nda göstərilib ki, 2022-ci ilin iyun ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 20 milyon ABŞ dolları olub.