Valyuta hərracı keçirilib - TƏLƏB VƏ SATIŞ AÇIQLANDI

24 Noyabr 2022, 13:09
Valyuta hərracı keçirilib - TƏLƏB VƏ SATIŞ AÇIQLANDI
Valyuta hərracı keçirilib - TƏLƏB VƏ SATIŞ AÇIQLANDI

24 Noyabr 2022-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Marja.az xəbər verir ki, hərracda tələb 42,2 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib (satış).

 

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

22 Noyabr 2022-ci il tarixində keçirilmiş valyuta hərracında tələb 48,1 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdi. 

2022-ci ilin əvvəlindən bu yana keçirilmiş 89 valyuta hərracında banklara 4 milyard 526 milyon dollar satılıb.

Valyuta hərracında yalnız banklar valyuta ala bilirlər.