Alimlər aşkar ediblər ki, uşaqlıqda piylənmə epidemiyası bütün qitələrə yayılıb.
Florida Atlantik Universitetinin Şmidt Tibb Kollecinin alimləri müəyyən ediblər ki, 1990-cı ildən bəri uşaqlar arasında artıq çəki və piylənmənin yayılması bütün dünyada demək olar iki dəfə artıb və bütün qitələrə təsir edib.
Qaynarinfo xəbər verir ki, araşdırmanın nəticələri "The Maternal and Child Health Journal" (MCHJ) jurnalında dərc olunub.
Alimlər bütün dünyada piylənmə hallarına dair tibbi məlumatları təhlil ediblər. Nəticələr göstərib ki, Cənubi Avropada (həmçinin Yunanıstan, İtaliya və İspaniyada) uşaqların 10-15%-i bu xəstəlikdən əziyyət çəkir. Şərqi Avropada artım tempi bir qədər yavaşdır, lakin piylənmənin yayılması tezliklə qitənin cənub hissəsindəki ilə eyni ola bilər.
Qlobal miqyasda, beş yaşınadək artıq çəkili uşaqların demək olar ki, 50%-i Asiyada, təxminən 25%-i isə Afrikada yaşayır. Latın Amerikasında 20 yaşdan kiçik uşaqların təxminən 20%-i artıq çəkidən əziyyət çəkir. Bir çox inkişaf etməkdə olan ölkələr eyni vaxtda artıq çəki və uşaqların qida çatışmazlığının ikiqat yükü ilə üzləşirlər.
Alimlər həmçinin ABŞ-da uşaqlarda artıq çəki və piylənmənin epidemiya səviyyəsinə çatdığını və qlobal miqyasda pandemiya nisbətlərini almağa başladığını müəyyən ediblər. Bu şərtlər hipertoniyaya, tip 2 diabet riskinin artmasına və lipid mübadiləsinin pozulmasına gətirib çıxarır ki, bu da öz növbəsində metabolik sindromun inkişafına kömək edir.
Yetkinlərdə artıq bədən çəkisi ürək xəstəliyi, insult, qaraciyər xəstəliyi, obstruktiv yuxu apnesi, artrit və xərçəngin bəzi formaları riskini artırır ki, bu da indi daha tez-tez gənclərdə diaqnoz qoyulur.