Türkiyədəki dəhşətli yanğına görə 28 nəfər tutulub

29 Yanvar 2025, 19:24
Türkiyədəki dəhşətli yanğına görə 28 nəfər tutulub
Türkiyədəki dəhşətli yanğına görə 28 nəfər tutulub

 

 

Türkiyənin Bolu vilayətindəki hoteldə 78 nəfərin ölümünə səbəb olan dəhşətli yanğınla bağlı saxlanılanların sayı 28 nəfərə çatıb.

“Qafqazinfo” NTV-yə istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan açıqlayıb.

O, hotel binasının tikintisində və istismarında məsuliyyətsizlik etmiş bütün şəxslərin məsuliyyətə cəlb ediləcəyini bildirib.

Bundan başqa, Ərdoğan müxalifəti Boludakı yanğınla bağlı mövqeyinə görə sərt tənqid edib.