Səhiyyə Nazirindən valideynlərə müraciət

1 İyul 2022, 15:52
Səhiyyə Nazirindən valideynlərə müraciət
Səhiyyə Nazirindən valideynlərə müraciət

“Uşaqlar arasında yayılan virus mövsümüdür”.

Bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında bildirib.

Nazir məsələ ilə bağlı valideynlərə müraciət edib. O deyib ki, uşaqları vaxtlı-vaxtında həkim müayinəsindən keçirmək lazımdır: “Təbii ki, müxtəlif xəstəliklər də ola bilər. Lakin bu günə kimi müşahidə etdiyimiz klassik mövsümü artmalardır. Yəni burada hər hansı spesifik yoluxucu xəstəliyin mövcudluğundan danışmaq lazım deyil”.