“Rusiya nüvə müharibəsinə hazırdır” – Putin

13 Mart 2024, 10:22
“Rusiya nüvə müharibəsinə hazırdır” – Putin
“Rusiya nüvə müharibəsinə hazırdır” – Putin

Rusiya Prezidenti Vladimir Putin Rusiya Federasiyasının hərbi-texniki baxımdan nüvə müharibəsinə hazır olduğunu bildirib.

Bunu Rusiya Prezidenti Vladimir Putin “Rossiya 1” və RİA Novosti üçün müsahibəsində deyib.

O bildirib ki, Ukrayna ərazisində hərbi əməliyyatlar zamanı Rusiyanın heç vaxt taktiki nüvə silahından istifadəyə ehtiyacı olmayıb.