Neftin qiymətinə 60 dollarlıq limit qoyulacaq – DEKABRIN 5-DƏN BAŞLANIR

2 Dekabr 2022, 11:07
Neftin qiymətinə 60 dollarlıq limit qoyulacaq – DEKABRIN 5-DƏN BAŞLANIR
Neftin qiymətinə 60 dollarlıq limit qoyulacaq – DEKABRIN 5-DƏN BAŞLANIR

FED.az xəbər verir ki, bu barədə ABŞ maliyyə nazirinin müavini bildirib.

ABŞ Maliyyə Nazirinin müavini Uolli Adeyemo onlayn konfransda Rusiya neftinin qiymətinin bir barel üçün 60 dollardan başlayacağını və daha da dəyişdirilə biləcəyini bildirib.

"Biz 60-dan başlayırıq və zaman keçdikcə Rusiyanın gəlirlərini məhdudlaşdırmaq üçün qiymət tavanını dəyişmək imkanımız var" deyə nazir müavini bildirib.

ABŞ Xəzinədarlığı rəhbərinin müavini qiymət səviyyəsinə vaxtaşırı yenidən baxılacağını da vurğulayıb.

Adeyemo həmçinin bildirib ki, Vaşinqton və avropalı müttəfiqlər Polşanın etirazlarına baxmayaraq, dekabrın 5-dək Rusiya neftinin yekun qiymət limiti ilə bağlı razılığa gələ biləcəklər.

Xatırladaq ki, Avropa İttifaqı ölkələrinin səfirləri Rusiyadan gələn neftin bir barelinin qiymətinin 60 dollardan yuxarı həddi ilə bağlı razılığa gəliblər. Onlar qiymət tavanını 30 dollara qədər aşağı salan Polşadan təsdiq gözləyirlər.

Avropanın digər ölkələri Polşanı əmin etməyə çalışırlar ki, neftin qiymətinə 2 aydan bir yenidən baxılacaq ki, qiymət tavanı bazar qiymətindən həmişə azı 5% aşağı olsun. Xatırladaq ki, neft üçün qiymət limitinin qüvvəyə minməsi üçün Birliyə üzv olan 27 dövlətin hamısı vahid rəqəmi təsdiq etməlidir.