2050-ci ildə dünya əhalisi 9,8 milyard nəfərə çatacaq.
"Report"un məlumatına görə, siyasi elmlər üzrə tədqiqatçı Mpiga İvala Angelica Desiree (Qabon) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində "Dekolonizasiya prosesində gənclərin şəhərsalmada rolu" mövzusunda beynəlxalq konfransında çıxış edərkən deyib.
O, müxtəlif ölkələrdə şəhərlərdə əhalinin qeyri-bərabər paylandığını bildirib:
"Niyə urbanizasiya haqqında danışırıq? Bizdə mərkəzləşmə faktoru var, kənddən şəhərə köç, şəhərlərin qeyri-bərabər paylanması faktoru var. Bu mövzuda əsas məsələ budur ki, biz öz şəhərlərimizin hər birində artım və rasional inkişafla bağlı problemləri, həmçinin şəhərlərimizi daha dayanıqlı, davamlı və xüsusilə inklüziv (hamını əhatə edən) etmək üçün gənclərin bu problemlərin həllində rolunu müzakirə edirik. 2050-ci ildə bunu sizə xatırlatmaq istəyirəm. Birləşmiş Millətlər Təşkilatının proqnozlarına və Afrika üzrə BMT-nin İqtisadi Komissiyasının məlumatlarına görə dünya əhalisi 9,8 milyard nəfərə çatacaq. Bunun 90 faizi qlobal cənubdan gələcək və həmin ildə şəhər əhalisi 63 faiz təşkil edəcək".