Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sözçüsü Marqaret Harris meymunçiçəyi virusu ilə bağlı açıqlamalar verib.
“Qafqazinfo” xəbər verir ki, o bu barədə “Anadolu” agentliyinə danışıb.
Virusun sürətlə yayılmasının dünya gündəmində olduğunu qeyd edən Harris, virusun keçən il ortaya çıxan yeni ştammı “Clade 1b” ilə bağlı narahatlıqlarını ifadə edib:
“Bu, çox tez yayıldığı və xüsusilə uşaqlar arasında ölüm nisbəti çox yüksək olduğu üçün bizi narahat edən növdür. Bu il 2023-cü illə müqayisədə daha çox yoluxma aşkar edilib. Virus çox sürətlə yayıldı və digər ölkələrə təsir göstərdi. Konqo Demokratik Respublikasında artan yayılma hadisələri, heç vaxt bu barədə məlumat verməyən Burundi, Ruanda, Uqanda və Keniyaya da yayıldı”.
Onun sözlərinə görə, insanların COVID-19 kimi bir vəziyyətlə üzləşəcəyimizdən narahat olmalarına ehtiyac yoxdur:
“İnsanların COVID-19 kimi bir vəziyyətlə üzləşəcəyimizi düşünməsinə ehtiyac yoxdur. Bu çox fərqli bir virusdur, fərqli şəkildə yayılır. COVID-19 hava yolu ilə ötürülür. Meymunçiçəyi isə əsasən çox yaxın fiziki təmasla yayılır. Beləliklə, fiziki təması ehtiva edən hər hansı bir şeyi dayandırmaq, havada yayılan bir şeyi dayandırmaqdan daha asandır. Meymunçiçəyinin bütün dünyaya yayılaraq pandemiyaya çevrilməsini istəmirik. Çünki bu, yenidən səhiyyə sistemlərinə təzyiq göstərəcək“.
Marqaret Harris bildirib ki, bu virusa yoluxan biri ilə təmasda olanların bu təmasdan sonra 4 gün ərzində bu peyvəndləri alması tövsiyə olunur:
“Peyvənd edilməli olan digər qrup isə epidemiyanın baş verdiyi bölgənin səhiyyə işçiləridir. Həmçinin, daha çox risk altında olanlara kütləvi peyvənd edilməsi tövsiyə edilmir. Bu, virusun yoluxduğu yerlərdə məqsədyönlü peyvənd etmək lazımdır. Buna görə də Şimali Avropa, ABŞ və Yaponiyanın yaxşı qaynaqları var və biz hasilatı artırmaq, eləcə də bu ehtiyatları lazım olan yerə çatdırmaq üçün çalışırıq. Kimin xəstə olduğunu bildiyiniz və yaxşı izolyasiya tədbirlərinə sahib olduğunuz müddətcə, onu çox asanlıqla dayandırmaq olar, qapanmaya ehtiyac yoxdur, kimin xəstə olduğunu dəqiq bilmək üçün çox yaxşı nəzarət lazımdır. Sizə yaxşı laboratoriya diaqnostikası lazımdır ki, kimin xəstə olduğunu, virusun harada olduğunu və dəyişib-dəyişmədiyini izləyə biləsiniz”.