Meymunçiçəyi pandemiya elan edildi

23 İyun 2022, 20:18
Meymunçiçəyi pandemiya elan edildi
Meymunçiçəyi pandemiya elan edildi

Ümumdünya Səhiyyə Şəbəkəsi meymunçiçəyini pandemiya elan etdi

 

“Qafqazinfo” “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə məlumatı təşkilat yayıb.

Bildirilib ki, hazırda 58 ölkədə sözügedən xəstəliyə yoluxma qeydə alınıb. Dünya üzrə ümumilikdə yoluxanların sayı isə 3417 nəfər təşkil edir.

Qeyd olunub ki, infeksiyanın yayılma tempi hər həftə daha da artır.