Lavrov: BRİKS ölkələri üçün ortaq valyuta yaradılacaq

25 Yanvar 2023, 23:44
Lavrov: BRİKS ölkələri üçün ortaq valyuta yaradılacaq
Lavrov: BRİKS ölkələri üçün ortaq valyuta yaradılacaq

 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, avqustda keçiriləcək Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikadan ibarət BRİKS ölkələri qrupunun sammitində ümumi valyuta məsələsi müzakirə olunacaq.

PRA.az- xarici mətbuata istinadən xəbər verir ki,BRİKS-də ortaq valyuta ilə bağlı müxtəlif tələblərin gündəmdə olduğuna diqqət çəkən Lavrov, "BRICS daxilində Latın Amerikası və Karib hövzəsi ölkələri çərçivəsində öz valyutalarımızın yaradılması zərurəti ilə bağlı təşəbbüslər var. Bu məsələ mütləq şəkildə həll olunacaq. Avqustun sonunda Cənubi Afrikada keçiriləcək BRİKS sammitində məsləhətləşmələr aparılacaq”