Küləkli hava nə vaxtadək davam edəcək?

2 May 2024, 10:41
Küləkli hava nə vaxtadək davam edəcək?
Küləkli hava nə vaxtadək davam edəcək?

Hazırda Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir.

 Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə, küləyin sürəti bəzi yerlərdə 20-25 m/s-yə çatır. 

Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2.3 metrdir.

Müşahidə olunan küləkli hava şəraitinin mayın 3-ü axşamadək fasilələrlə davam edəcəyi gözlənilir.