İran neft satışından rekord gəlir əldə edib – YARIM İLDƏ 26 MİLYARD DOLLAR

13 Mart 2023, 22:11
İran neft satışından rekord gəlir əldə edib – YARIM İLDƏ 26 MİLYARD DOLLAR
İran neft satışından rekord gəlir əldə edib – YARIM İLDƏ 26 MİLYARD DOLLAR

İran hökuməti neft satışından son 4 ildə rekord gəlir götürdüyünü elan edib.

FED.az xəbər verir ki, İranın neft naziri Cavad Oruci bildirib ki, başa çatmaqda olan il ərzində (iranda il martın 21-də tamam olur) neft satışından son 4 ildə rekord gəlir əldə edilib. Nazirin sözlərinə görə, son bir ildə İran neft ixracını 83 milyon barrel artırıb, yəni əvvəlki illə müqayisədə bu qədər daha artıq neft ixrac edib.

Onun sözlərinə görə, 2 il ərzində neft ixracı artıraq 190 milyon barelə çatıb. Qaz ixracından gəlirlər isə 15% artıb.

Qeyd edək ki, fevralın 17-də İranın neft ixracçıları ittifaqının sədri Həmid Hüseyni elan etmişdi ki, Tehran 2022-ci ilin mart-sentyabr aylarında, yəni yarım ildə neft satışından 26 milyard dollar əldə edib.