İllik qeyri-neft ixracı 2025-ci ilədək 5 milyard dollara - ÇATDIRILACAQ

1 Dekabr 2022, 13:11
İllik qeyri-neft ixracı 2025-ci ilədək 5 milyard dollara - ÇATDIRILACAQ
İllik qeyri-neft ixracı 2025-ci ilədək 5 milyard dollara - ÇATDIRILACAQ

FED.az xəbər verir ki, bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) rəhbəri Yusif Abdullayev bildirib.

“Qeyri-neft ixracı üçün 15 hədəf bazarımız var. Biz beynəlxalq sərgi və yarmarkalarda iştirak edirik, vahid ölkə sistemi ilə təmsil olunuruq və yerli istehsala aid qeyri-neft məhsullarını "Made in Azerbaijan" brendi ilə təqdim edirik. Milli ixrac startegiyanızın əsas hədəfləri yeni ixracın təşviqi mədəniyyətinin yaradılması və yerli məhsulların daha geniş coğrafi məkanlara ixracıdır. Biz ixrac maliyyə alətlərinin dəstəklənməsini də nəzərdə tuturuq. Bu strategiyanı uğurla icra etsək gələcəkdə Azərbaycanda “Exim bank”ın yaradılmasını da düşünə bilərik", - o deyib.

AZPROMO rəhbəri həmçinin deyib ki, gələn ilin II rübündə Azərbaycanda ilk köpüklü şərabların buraxılması planlaşdırılır.

"Eyni zamanda, Rusiyadan müxtəlif qiymət kateqoriyalarına aid ən yaxşı “Abrau-Durso” köpüklü şərablarının idxalına başlanılıb. Rusiyalı investorun kurasiyası və onun biznes təşəbbüslərinin həyata keçirilməsinə dəstəyi biz həyata keçiririk", - deyə Y.Abdullayev əlavə edib.