Finlandiya Türkiyəyə silah embarqosunu ləğv etdi

25 Yanvar 2023, 22:41
Finlandiya Türkiyəyə silah embarqosunu ləğv etdi
Finlandiya Türkiyəyə silah embarqosunu ləğv etdi

 

Finlandiya 2019-cu ildən Türkiyəyə tətbiq etdiyi silah embarqosunu ləğv edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Finlandiya Müdafiə Nazirliyi bildirib.

Nazirlik 2019-cu ildən qüvvədə olan “Türkiyəyə hərbi texnika ixracına qoyulan embarqonu” ləğv etdiyini və ona satış üçün lisenziya verildiyini açıqlayıb.

Qeyd edək ki, silah satışı icazəsi Türkiyənin Finlandiya və İsveçin NATO üzvlüyünü təsdiqləmək üçün irəli sürdüyü şərtlərdən biri idi.